"Sabah" qapımıza tərəf bir dəfə gəldi, onda da qol vurdu" - Təmkin Xəlilzadə

16 сентября 2018 23:16

Day.Az представляет новость на азербайджанском языке

"Millətlər Liqasının oyunlarına görə çempionatda fasilə var idi. Biz yığmanın düşərgəsində olsaq da, komanda yaxşı hazırlaşmışdı. Bizim üçün 3 xallıq matç idi, qələbə üçün çıxmışdıq. Gözləmədən əks-hücumda qol buraxdıq".

Day.Az "Report"a istinadən bildirir ki, bunu "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a məğlubiyyətdən sonra deyib.

Cinah yarımmüdafiəçisi bildirib ki, yalnız bir qol epizodu yaradıb və bunu reallaşdırıb:

"Sabah" haqqında çox danışmaq istəmirəm. 90 dəqiqə ərzində qapımıza tərəf bir dəfə gəldilər, onda da qol vurdular. Fasilədən sonra da bacardığımızı etdik. Bircə qol çatışmadı. Çempionatımız gərgin keçir. Komandalar bir-birlərinə qarşı çox ciddi hazırlaşırlar, gərgin mübarizə gedir. Oyundan oyuna artırırıq. Düzdür, bizi də, rəhbərliyi də - heç kimi bu nəticə qane etmir. Toparlanmaq lazımdır. Bir həftə vaxtımız var. Biz burada oynayan-oynamayan, hamımız bir kollektivik. Epizodu biri vura bilmirsə, demək, hamımızın səhvi var. Bunu bir nəfərə bağlamaq olmaz. Mən də istəyirəm ki, bütün hücumlar qolla nəticələnsin. Qol olmayanda meydanda içindəki hirsi çıxardırsan. Qaçırdığım epiozdlar qolla nəticələnməli idi. Rəqibin cərimə meydançasında yıxıldığım epizoda gəlincə, rəqib topa da dəydi, ayağıma da. Hakim penalti təyin etmədisə, yəqin haqlıdır. Ümumiyyətlə hakimlik haqda danışmaq istəmirəm".

Xəlilzadə V turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:

"Digər rəqiblərə qarşı necədirsə, bu dəfə elə hazırlaşacağıq. Yaxşı nəticə qazanmağa çalışacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!