Şəmkirdə iki maşının toqquşdu: bir nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.