Üzeyir Hacıbəylinin eynəyi və tarı üzə çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Dahi bəstəkar Üzeyir Hacıbəyli 70 il əvvəl dünyasını dəyişsə də, istifadə etdiyi əşyalar hələ də qorunub saxlanılır. Onlardan biri də Üzeyir bəyin bir çox şəklində taxdığı məhşur eynəkdir. Görkəmli bəstəkarın həmin eynəyi və tarı Ağcabədidəki İsmayılovlar ailəsindədir. Tar ailədə musiqiyə də həvəs oyadib və bunun sayəsində orada bir neçə musiqiçi yetişib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağcabədidə yaşayan və dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılov Üzeyir Hacıbəyli ilə yaxın dost olub.

Mirzə Vəli İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov deyir ki, bu dostluğun maraqlı tarixçəsi var. 1890-cı ildə, Mirzə Vəli 5 yaşında ikən Üzeyir Hacıbəyli ilə birlikdə Şuşa realnı məktəbinə gedib. Məktəbi bitirən dostlar 1900-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə iki il sonra qəbul olub. Onlar məktəbi bitirdikdən sonra müxtəlif yerlərə təyinat alıblar. Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasındakı möhkəm dostluq əlaqələri bundan sonra da davam edib. Üzeyir bəy saatını və eynəyini Mirzə Vəliyə hədiyyə edib.

Üzeyir Hacıbəyli öz tarını da Mirzə Vəlinin oğlu Ənvərə göndərib. Həmin tar da ən dəyərli xatirə kimi qorunub saxlanılır.

Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb.

İsmayılovlar ailəsi bu dəyərli əşyaları bundan sonra da qoruyub saxlayacaqlarını deyirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Üzeyir Hacıbəylinin eynəyi və tarı üzə çıxdı - İsmayılovlar ailəsindədir