Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

Day.Az представляет новость на азербайджанском языке

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Aşağıdakı cədvəldən də göründüyü kimi ümumilikdə 31 plan yeri boş qalmışdır. Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.

Baxmayaraq ki, müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə ümumilikdə 9 plan yeri ayrılıb. Əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilib. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.

Aşağıda boş qalan plan yerləri təqdim olunur:

Kodu

Adı

S

a

y

ı

 

T h

ə ə a

h q

s q

i ı

l

Azərbaycan Tibb Universiteti

311511

Psixiatriya (Gəncə Şəhəri Psixiatriya Xəstəxanası)

1

   

311682

Ftiziatriya

1

   

311796

Epidemiologiya

1

   

ödənişli əsaslarla

311869

Kardiologiya

1

 

4000

311974

Stomatologiya

2

 

4000

311982

Gigiyena

1

 

4000

311803

Epidemiologiya

1

 

4000

           

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313245

Psixiatriya

2

   

313261

Terapiya

1

   

313367

 

Gigiyena

1

   

313334

Pediatriya

1

   

*313359

Mikrobiologiya

1

   

ödənişli əsaslarla

313472

Narkologiya

3

 

4000

313489

Ftiziatriya

3

 

4000

313512

Gigiyena

2

 

4000

313529

Epidemiologiya

2

 

4000

           

Respublika Müalicəvi Diaqnostika Mərkəzi

337116

Anesteziologiya-reanimatologiya

1

   
           

Naxçıvan Dövlət Universiteti

361124

Otorinolarinqologiya

1

   

361181

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

1

   

361221

Stomatologiya

1

   

361246

Epidemiologiya

2

   
           

Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası

363117

Anesteziologiya-reanimatologiya (Gəncə Şəhəri Abbas Səhhət adına

1 nömrəli Şəhər Xəstəxanası)

1

   
             

Müsabiqədə iştirak etmək istəyən namizədlər 20 və 21 sentyabr 2018-ci ildə saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Qeyd 1: * işarəsi qoyulmuş ixtisaslara müsabiqə "Rezidentura üzrə ixtisas seçimi cədvəli"nə (bax: "Rezidentura" jurnalı, №3, 2018, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır.

Qeyd 2: 2018/2019-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.

Qeyd 3: Ödənişli əsaslarla qəbul aparılan ixtisaslara qəbul olmuş namizədlərə qəbul olduğu klinik baza ilə razılaşdırılmaqla ödənişi hissə-hissə aparmağa imkan verilir.

P.S. Məlumatda ATU-nun hərbi tibb fakültəsinə qəbulun nəticələri verilməmişdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.