"Dərhal neftin qiymətini salın" - Tramp

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Tramp Neft İxracatçıları Ölkələri Təşkilatını (OPEK) "inhisarçı" adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, amerikalı lider bu fikirlərini özünün "Twitter" səhifəsində qeyd edib.

D.Tarmp yazıb: "Biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər. Bunla belə yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK neftin qiymtələrini dərhal aşağı salmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz