Velosipedlə dünya turuna çıxan turistlər Azərbaycana çatıb

Day.Az представляет новость на азербайджанском языке

Bir müddətdir velosipedlə dünya turuna çıxan italiyalı turistlər Azərbaycana çatıb.

Milli.Az bildirir ki, David və Qabriyella cütlüyü ölkəmizə ilk dəfədir ayaq basırlar. "Sınıq körpü" buraxlış məntəqəsindən Azərbaycana keçən turistlər ölkələri gəzib adət-ənənlərini öyrənmək fikirindədilər.

Bakı-Qazax avtomagistralı boyunca kəndləri keçən italiyalı cütlüyün ölkəmzidəki qədim yaşayış məntəqələri daha çox diqqətlərini çəkib. Onlar Gəncə, Mingəçevir və Qəbələnin turizm bölgəsi kimi tanındığını bildiriblər. "Qarabağ" futbol klubunun oyunlarını izlədikdən sonra isə Azərbaycana maraqları daha da artıb.

Qeyd edək ki, David və Qabriyella cütlüyü Goranboy, Mingəçevir, Qəbələ şəhərlərini gəzdikdən sonra paytaxta istiqamət alacaqlar. Səyahətə çıxan İtalyanların son dayanacağı isə ingiltərənin paytaxtı london olacaq. /xezerxeber.az
 
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

İtaliyalı turistlər velosipedlə dünya turuna çıxıblar