Baş nazir universitetlərlə bağlı qərar imzaladı

Day.Az представляет новость на азербайджанском языке

Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişikliklər edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Qərb Universiteti Qərbi Kaspi Universiteti ilə əvəz edilib.

Həmçinin Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tərkibinə verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.