Bakıda torpaqların qiymətləri

Day.Az представляет новость на азербайджанском языке

Bakı ətrafı kənd və qəsəbələrdəki torpaqların qiymətində enmə müşahidə edilir. Ekspertlər bunu tikinti mövsümünün başa çatması ilə əlaqələndirirlər. Ucuzlaşmanın ilin sonuna kimi davam edəcəyi gözlənilir.

Torpağın qiymətində enmə var.

Əmlak Eksperti Nüsrət İbrahimovun sözlərinə görə, Bakıətrafı ərazilərdəki torpaqların qiymətində ilin əvvəlinə nisbətən 4 faiz, ötən ilin müvafiq dövrü ilə müaqayisədə 6 faiz artım var idi. Son bir ayda isə qiymətlər 1 faiz aşağı düşüb. Ekspert bunu fərdi evlərlə əlaqədar olan tikinti mövsümünün başa çatması ilə əlaqələndirir. Hazırda torpağın ən baha satıldığı ərazilər Mərdəkan qəsəbəsindədir.

Torpaq alqı-satqısının ən aktiv olduğu ərazilər isə Binəqədi rayonunun kənd və qəsəbələridir.

Ekspert bildirir ki, ucuzlaşmanın ilin sonuna kimi davam edəcəyi gözlənilir. Yeni ildən isə qiymətlər nisbətən sabitləşəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda torpaqların QİYMƏTLƏRİ