Məşhur reper Trampla görüşdü - Bu oğlandan xoşum gəlir - VİDEO

12 октября 2018 11:06

Day.Az представляет новость на азербайджанском языке

Məşhur amerikalı reper, 41 yaşlı Kanye Uest Ağ Evə yollanıb, ABŞ prezidenti Donald Trampla görüşüb.

Donald Trampa xüsusi rəğbəti ilə tanınan reperin dövlət başçısı ilə görüşü MSNBC telekanalında translyasiya olunub.

Milli.Az CBS-ə istinadən bildirir ki, Uets Trampla görüşə başında "Make America Great Again" ("Amerikanı yenidən qüdrətli edək") yazılı qırmızı beysbolkada yollanıb.

"Bu papaq mənə qüvvət verir. Şüar hələ prezident seçkiləri zamanı diqqətimi cəlb etmişdi. Bu papaqda nə isə var. Onu başıma qoyanda özümü Supermen kimi hiss edirəm", - Uest deyib.

Görüşdə Donald Trampın qızı İvanka, kürəkəni və baş müşaviri Cared Kuşner də iştirak ediblər. Oval Kabinetə Amerika futbolunun canlı əfsanəsi, 82 yaşlı Cim Braun da dəvət olunmuşdu.

Uzun-uzadı nitq söyləyən Uest siyasi baxışlarından bəhs edib, psixikasının bipolyar pozuntuya məruz qalmadığını deyib, Hillari Klintonu dəstəkləməməsinin səbəblərini açıqlayıb və sonda iPlane yaratmağı təklif edib.

Uest 10 dəqiqə danışdığı üçün jurnalistlər reperə sual verə bilməyiblər.

"Yaxşı neyroloqun qəbulunda oldum. O da söylədi ki, məndə bipolyar pozuntu yox, yuxunun deprivasiyasıdır. Bu mərəz 10-20 il sonra məndə demensiya yaradacaqdı, hətta uşaqlarımın adlarını yaddan çıxaracaqdım. Yanlış diaqnoz həyatımı məhv edə bilərdi", - Uest söyləyib.

Kanye Uest ambisioz planlarından da bəhs edərək söyləyib ki, Apple korporasiyası ilə birlikdə dünyanın ən ekoloji, ən kiçik təyyarəsi olacaq iPlane 1-ir yaratmaq fikrindədir.

Uest deyib: "Bütün liberalları normallaşdırmağın yolunu bilirsinizmi?! Onlar anlamalıdır ki, Tramp pis təsir bağışlayırsa, biz də pis görünürük. O, bizim prezidentimizdir və ona yardım etməliyik. Hər şeyi Çində istehsal etmək əvəzinə iş yerlərini Amerikaya qaytarmalıyıq".

Sonda reper söyüb: "Çox yəqin ki, Tramp mənim kimi sarsaq əclafın, anası ....nın onu dəstəkləyə biləcəyini gözləmirdi".

Reperin nitqindən sonra Donald Tramp "Bu sözlər mənə təsir etdi" deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur reper Trampla görüşdü

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!