Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

12 октября 2018 11:54

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı "99-AZ-285" dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!