Qızını görə biləcək

Day.Az представляет новость на азербайджанском языке

"VİA Qra" qrupunun keçmiş solisti Anna Sedekovanın eks-əri Maksim Çernyavski arasında baş verən məhkəmə çəkişməsi başa çatıb. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 aydır ki, qızını görməyən ukraynalı müğənni hakimin hokmü ilə razılaşmağa məcbur olub. 

Belə ki, məhkəmənin qərarına uyğun olaraq qızı Monikanın valideynlik hüququ hər iki şəxsə verilib. O, iki həftə anasının və eyni müddət ərzində atasında qalacaq. 

"İndi Monika Meksikadadır, nənəsiylə istirahət edir. Təəssüf ki, güclü məhkəmə sisteminə və soyuq müharibəyə qalib gələ bilməyəcəm" - Sedekova bildirib. 

Qeyd edək ki, iş adamı M. Çernyavski Annanın Rusiyada yaşamağından narahat olduğu üçün qızını himayəsinə götürmüş, onu anası ilə görüşməsinə icazə vermirdi. Bundan sonra müğənni məhkəməyə müraciət etmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.