Berenin Kənana 40 yaş hədiyyəsi - FOTO

12 октября 2018 13:10

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin pop ulduzu Kənan Doğulu instaqramda izləyicilərinin suallarını cavablandırıb. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə "Boş sayfa" adlı mahnısına çəkdirdiyi klipdən danışıb. 

Kənan layihədə yer alan avtomobilin xanımı Beren Saat tərəfindən ona hədiyyə olunduğu bildirib: "Maşın "Oldsmobile Delta 88" markalıdır, çıxış tarixi 1972-ci ildir. Öz maşınımızdır. Berenin mənə 40 yaş hədiyyəsidir". 

Bundan əlavə, sənətçi klipinin  Kaliforniyada dostu Benjamin Kutsko tərəfindən lentə alındığını qeyd edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!