"Ondan doydum və uzaqlaşdım" - Dilarə Əliyeva - VİDEO

12 октября 2018 13:13

Day.Az представляет новость на азербайджанском языке

Bu işi görməkdən doydum, bəs etdi. Xoşlamadığım işi görməyi sevmirəm. Mənə görə bəs etdi, 17 il televiziya üçün böyük zamandır. Mən də, tamaşaçı da istirahət etməli idi. Üç ildir uzaqlaşmışam. Dağlara çəkilmədim, filmlər, tamaşalar, seriallar var. Yenə üzərimdə işləyirəm. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva "Şou ATV" verilişində deyib. Bir vaxtlar aparıcılıq edən, hazırda isə geri çəkilən aktrisa yenidən efirə qayıdacağını söyləyib. 

O bildirib ki, yaxın günlərdə yeni verilişlə efirə çıxacağını açıqlayıb:

"Aparıcılıq üçün artıq darıxmışam və hazırlaşıram. Çox keçməz, yenidən tamaşaçıları sevindirəcəm. Çox gözütox insanam. Mənim üçün könlümdən gələn işi etmək xoşdur. İstədiyim vaxt gördüm, içimdən gəlmədi atdım. İnsan var ki, buna əhəmiyyət vermir və efirdəki işini görür. Mənim üçünsə önəmlidir. Hiss etdim ki, kənara çəkilib və enerjini toplamaq lazımdır". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Dilarə Əliyevanı sənətdən uzaqlaşdıran səbəb nədir?

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!