Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda nəşr olunan "Novoye Vremya" qəzetinin redaksiyası dünən axşam saatlarında dağıdılıb.

Səhər işə gələn redaksiya əməkdaşları redaksiyanın ofisində dağınıq bir mənzərə ilə rastlaşıblar. Gecə saatlarında redaksiyanın ofisində olan əşyalar dağıdılıb.

Day.Az bildirir ki, gundeminfo.az-a verilən məlumata əsasən, qəzetin redaksiyasına polis çağırılıb. Hazırda polis redaksiyada araşdırma aparır.

Baş verənlərin oğurluq və ya başqa motivli cinayət olub-olmadığı araşdırmalardan sonra məlum olacaq. Redaksiyadan çəkilmiş fotoları təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!