5 milyard dolları oğurlayan, ulduzları ələ alan adam - Onun yeri bilinmir - FOTO

12 октября 2018 13:56

Day.Az представляет новость на азербайджанском языке

İş adamı Co Lou Malayziyanın Rifah Fondundan 5 milyard dollardan artıq pulu çıxararaq həyatını bitmək bilməyən həzzə və əyləncəyə çevirmişdi.

Onu "Uoll-Strit canavarının Asiya əkizi" adlandırırlar.

Milli.Az bildirir ki, 2013-cü ilin aprelində 30 yaşlı Co Lou vaxtını Londonun Çelsi səmtindəki "Jungle City" studiyasında prodüser, hip-hop bilicisi Swizz Beatz ilə birlikdə keçirməyi sevirdi.

"Günlərin birində studiyaya reperlər Basta Rayms və Farrel Uilyams gəldilər. Sərxoş Lou onları görəndə bağırdı: "Ey, rəzillər! Sizin lap...!" Reperlər susdular. Çünki söyən adam EMI Music Publishing-in 100 milyon dollarlıq payını satın almışdı. Rayms isə həmin studiyanın müştərilərindən biri idi", - Beatz xatırlayır.

Ayıq olanda Lou çox nəzakətli idi. Onun dostları və tanışları arasında çoxlu şou-biznes ulduzları vardı. Məsələn, Lou dostu, Hollivud ulduzu Leonardo Di Kaprioya məşhur rəssam Jan-Mişel Baskiyanın tablosunu hədiyyə etmişdi.

Tablonun dəyəri 9,2 milyon dollardı.

Amerikalı jurnalistlər Tom Rayt və Bredli Houp malayziyalı maliyyəçi, əsl ad və soyadı Lou Take Co olan Co Lou barədə "Billion Dollar Whale: The Man Who Fooled Wall Street, Hollywood, and the World" kitabını yazıblar.

Kitabda milyardlarla dolları mənimsəmiş Lounun fırıldaqlarından və saxta offşor şirkətləri vasitəsilə dövlət büdcəsini talan etməsindən bəhs olunur.

Lou tam üç il ərzində Malayziyanın "1Malaysia Development Berhad" (1MDB) dövlət investisiya fondundan milyardlarla dolları çıxararaq lüks yaşamına, xarici ölkələrdə daşınmaz əmlak alınmasına, hətta Hollivudda filmlərin çəkilməsinə xərcləyib.

36 yaşlı Lounun əməlləri dünya tarixində ən böyük maliyyə fırıldaqlarından biri sayılır.

Zəngin ailənin övladı olan Lou Uorton Biznes Məktəbində oxuyanda dəbdəbəli həyata düşkünlüyü ilə seçilirdi. O, 20 yaşı tamam olanda ad günü üçün Filadelfiyanın ən bahalı gecə klublarından birində parti təşkil etmişdi.

Elə o vaxtdan tanışları Lounu "Asiyanın Böyük Qetsbisi" adlandırmağa başlamışdılar.

Diplom alandan sonra Malayziyaya qayıdan Lounun ambisiyaları və faydalı əldaqələri vardı. İki il sonra o, baş nazirin müavini Nəcib Tun Rəzzaqla anlaşan Lou "Mubadala Development" investisiya fondu yaradıb. Bir qədər sonra Nəcib baş nazir olub, Lou da güclənib.

Məhz Lounun təklifi ilə Malaziyada 1MDV fondu yaradılmışdı. O, mürəkkəb fırıldaq sxemləri vasitəsilə ilkin dönəmdə fonda 1,4 milyard dollar cəlb edib.

Həmin pulların 700 milyon dollarını Lou dərhal mənimsəmişdi.

2009-2010-cu illərdə Lou "şıq və qlamur" həyat yaşamağa başlayıb. O, Las-Veqasdakı kazinolara, təyyarələrə, yaxtalara, Playboy modelləri ilə "eşq gecə"lərinə 85 milyon dollar xərcləmişdi.

Lounun maliyyə xərcləri arasında "Red Granite" kinostudiyasına milyonların ayrılması da var. "Uoll Strit canavarı" filmini də məhz bu kinostudiya çəkib.

Daha sonra Lou Londonda, Los-Ancelesdə və Nyu-Yorkda mənzillər, villalar alıb. O, 35 milyon dollara Bombardier Global 5000 təyyarəsi alandan sonra 2013-cü ildə incəsənət əsərlərinin əldə olunmasına 300 milyon dollar xərcləmişdi.

2014-cü ildə o, zinət əşyalarının alınmasına 400 milyon sərf etmişdi ki, bu məsrəflər arasında Lounun həmin vaxtlarda sevgilisi olmuş model Miranda Kerrə 8 milyon dollarlıq hədiyyələr də vardı.

Co Lou azadlıqdadır və onun hələ də yüz milyonlarla dolları var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!