Yağış yağacaq - Sabahın havası
Day.Az представляет новость на азербайджанском языке
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.
Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре