Maqazin “Atam məni döyüb, əcəb edib” – Xalq artistinin qızı

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Canım Sizə desin" verilişinin növbəti qonağı xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova olub.

İfaçı atasının onu döydüyməsindən danışıb:

"Atam hər zaman çox pozitiv, zəhimli, yerini bilən biridir. Adam deyir ki, Rafael müəllim zarafat da edə bilir? Amma onun pərdəarxasını heç kim bilmirdi. Yumor hissi olan bir insandır. Bir də görürsən evdə atamla şeirlə danışırıq. Atam məni döyüb, əccəb də edib. Çünki müəyyən şeylərdə səhvim olub. Mən dalaşqan olmuşam. Atama gəlib şikayət ediblər ki, qızın filankəsi döyüb. Səhvim də olsa o məktəbdə olub. Amma ki, çox vaxt da onun bunun badına döyülmüşəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.