Ana supermarketdə oğlunu 1 yumruqla yerə sərdi

Day.Az представляет новость на азербайджанском языке

Ana supermarketdə oğlunu bir yumruqla yerə sərib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, oğlu ilə birlikdə supermarketə gedən qadın onu qorxutmaq istəyən oğluna yumruq vurub. 12 yaşlı oğlan zərbənin təsirindən yerə yıxılıb.

Videodan göründüyü kimi, ana oğlunu qəsdən deyil, qorxduğuna görə vurub.

Kadrlar sosial şəbəkələrə yüklənilib. Videonu internetə uşağın anası Tashila Alexander yükləyib və "Oğlum bilməliydi ki, anasını qorxudanda belə olacaq", - sözlərini yazıb.

Olay ABŞ-ın Oklahoma ştatındakı Walmart mağazasında baş verib.

Day.Az maraqlı görüntüləri təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın supermarketdə oğlunu 1 yumruqla yerə sərdi