"Mən bunlarla nə edim?"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni-bəstəkar Murad Arifin "Dondurma" mahnısı özbək ifaçısı tərəfindən mənimsənilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının iki il əvvəl təqdim etdiyi bəstə Şerzad Şaripov tərəfindən oğurlanıb. 

Şaripov mahnını oxuyub və müəllif hüquqlarını pozaraq öz "Youtube" səhifəsində yerləşdirib. 

"Dondurma"nı " Durdona" adı ilə səsləndirən sənətçi barədə M.Arif Facebook-da məlumat yayıb. "Yenə mahnımı oğurlayıblar. Mən bunlarla nə edim?" - Murad qeyd edib. 

Qeyd edək ki, 2016-ci ildə sənətçinin "İnşallah" mahnısı da özbək ifaçısı Amir tərəfindən oğurlanaraq ifa edilmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.