Murad Boz filmə çəkilir

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli məşhur müğənni Murad Boz yeni filmə çəkilməyə başlayıb.

Day.Az xəbər verir ki, bir müddət öncə daha, komediya filmlərinə çəkilmək istəmədiyini bildirən müğənni  "BKM"-nin istəyini geri çevirməyib və daha ciddi ssenarisi olan Abdullah Oğuzun filminə çəkilməyə razı olub. Filmin adı məlum olmasa da, artıq Türkiyənin Fethiyə bölgəsində çəkilişlərə start verilib.

Qeyd edək ki, Murad Boz, dekabr ayının 21-də Bakı Kongres mərkəzində möhtəşəm konsert programı ilə çıxış edəcək.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.