"Qarabağ"ın yeni "qapıçısı"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün millimizin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin 26 yaşı tamam olur.

Milli.Az xəbər verir ki, Ağdam klubu Qarayevə sosial şəbəkə hesabında təbrik statusu ünvanlayıb.

Yarımmüdafiəçi qapıçı geyimində olan şəkillə təbrik edilib. Bu, Qarayevin ötən gün Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Farer adaları ilə matçda iki dəfə topu boş qapıdan çıxarması ilə bağlıdır. Paylaşım izləyicilərin böyük marağına səbəb olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.