Aybəniz Haşımovanın şəhid ərinin dəfnindəki görüntüləri yayıldı

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Aybəniz Haşımova "Şou ATV" verilişində göz yaşlarını saxlaya bilməyib. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, efirdə müğənninin 26 il əvvəl şəhid olan həyat yoldaşı Xalid bəyin dəfnindən video nümayiş edilib. 

İfaçı 24 yaşında çəkilən kadrları göz yaşı içərisində izləyib:

"Allahımdan güc istəyirəm. Bilmirəm nə qədər ömrüm qalıb. Gücüm tükəndikcə, Allah güc verdi".

Qeyd edək ki, A.Haşımovanın bu nikahdan Aynişan adlı qız övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Aybəniz Haşımovadan kövrəldəcək açıqlamalar