264 milyon dollarlıq gözəgörünməz yaxta inşa olunur

Day.Az представляет новость на азербайджанском языке

106 metr uzunluğu olan "Mirage" adlı yaxtanın dəyəri 264,2 milyon dollar olacaq.

Milli.Az Daily Mail-ə istinadən bildrir ki, 4200 ton su tutumlu, 6 göyərtəli superyaxta 14 sərnişin və 29 nəfərlik heyət üçün nəzərdə tutulub.

19 knot/saat sürətli yaxtanın ən böyük özəlliyi "gözəgörünməzlik" funksiyasıdır. Belə ki, kapitanın müvafiq əmrindən sonra işə salınacaq sistem yaxtanın səthini xüsusi elektron güzgülərlə örtəcək, "Mirage" 50 metr məsafədən gözəgörünməz olacaq.

Dizayener Piter Van Getsin layihəsi olan yaxtanı İtaliyanın "Fincantieri" və Hollandiyanın "Van Geest Designs" şirkətləri inşa edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
264 milyon dollarlıq gözəgörünməz yaxta inşa olunur