AZAL reysləri İstanbulun üçüncü hava limanına yönləndirəcək

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatürk hava limanına hərəkət edən reysləri üçüncü hava limanına yönləndirəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, yeni hava limanına müntəzəm reyslər həm AZAL, həm də "Silk Way" tərəfindən həyata keçiriləcək:

"Yeni hava limanında tarif siyasəti "Atatürk" hava limanı ilə eyni səviyyədə qalacaq".

P.Kəsəmənski əlavə edib ki, "Buta Airways" aviaşirkəti indiki tarif siyasəti çərçivəsində "Sabiha Gökçən" hava limanına reysləri davam etdirəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.