“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Qazprom" məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev və "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin Sankt-Peterburqdakı görüşündə müzakirə aparılıb:

 

"Qeyd edilib ki, qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər "Qazprom" Azərbaycana 1,15 milyard kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.