Həbib və Konor arasındakı qarşılaşmada UFC tarixində yeni rekord

12 октября 2018 19:18

Day.Az представляет новость на азербайджанском языке

"UFC 229" turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən qarşılaşma ödənişli yayımların satışı üzrə bu yarışın tarixində rekord olub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirin yayım hüququ UFC tarixində rekord məbləğə - 2,4 milyon dollara satılıb. Bundan əvvəlki ən yüksək məbləğ 2016-cı il avqustun 20-də keçirilən "UFC 202" turnirində qeydə alınıb - 1,5 milyon dollar. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub.

Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasında döyüşdə dağıstanlı idmançı 4-cü raundda qalib gələrək yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.

Bu qələbə sayəsində Həbib Nurməhəmmədov UFC-nin yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!