Krallığın 9-cu varisi evləndi - Diqqətlər şahzadənin kürəyində...

12 октября 2018 19:24

Day.Az представляет новость на азербайджанском языке

Bu gün dünya İngiltərə kral ailəsinin növbəti toyuna şahidlik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Birləşmiş Krallıq taxtının doqquzuncu varisi olan 28 yaşlı şahzadə Eugenie 850 qonağın iştirak etdiyi mərasimdə yeddi illik sevgilisi Cek Bruksbankla evlənib. Şahzadənin evləndiyi şəxs Londonda gecə klublarından birinin sahibidir. 

Fırtınaya yaxalanan qonaqlar bu səbəbdən çətin anlar yaşayıblar. Mərasimdə Liv Teyler, Robbi Vilyams, Naomi Kempbel, Keyt Moss kimi məşhurlar da iştirak ediblər. 

 

Toyda ən diqqət çəkən məqam isə şahzadənin kürəyiaçıq gəlinliyi ilə ortaya çıxan görüntü olub. Bununla da, Eugeniyanın onurğa əməliyyatı keçirdiyi məlum olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!