Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

12 октября 2018 20:03

Day.Az представляет новость на азербайджанском языке

"MuddyWater" haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Kasperski Laboratoriyası"nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.

İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

 

"MuddyWater" haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.

Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!