“Survivor” ulduzu Ardanı qəfəs döyüşünə çağırdı: Kişisənsə, gəl... - VİDEO

12 октября 2018 20:04

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Berkayın burnunu qıran futbolçu Arda Turana "Survivor" ulduzu Tanerdən dəvət gəlib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Taner Tolqa Tarlacı Berkay-Arda davasına daxil olub. O, Tvitter səhifəsində yayımladığı video ilə Ardaya mesaj göndərib: "Kişisənsə, qarşıma çıx və döyüş".

Taner yayımladığı videoda "Camaatın arvadına söz atmaqla adam olmaq olmaz. Edilən hərəkətin səhv olduğu üçün cavabın futbol sahəsində yox, qəfəs döyüşündə verilməsini istəyirəm. Bu səbəbdən də Arda Turanı qəfəs döyüşünə dəvət edirəm. Ümid edirəm qəbul edər, "Survivor Taner" qalib gələr. Ölkəmizi dünyada təmsil edən Arda Turanın hərəkətlərini qınayıram".

 

Videonu izləmək üçün şəklə klikləyin:
"Survivor" ulduzu Ardanı qəfəs döyüşünə çağırdı: "Kişisənsə, gəl"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!