Ramzan Kadırovdan Həbibə böyük jest: xüsusi hədiyyə və... - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovu qəbul edib.

Milli.Az bildirir ki, Kadırov döyüşçüyə "Qroznının fəxri vətəndaşı" adını verib.

Həmçinin, UFC çempionuna "Qroznının 200 illiyi" yubiley medalı təqdim olunub. Bundan başqa, Çeçenistanın birinci prezidenti Əhməd-Hacı Kadırovun adını daşıyan fondun adından Nurməhəmmədova avtomobil hədiyyə edilib.

Çeçenistan rəhbəri Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədova isə "Çeçenistanın əməkdar idman işçisi" fəxri adını verib.

 

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. /publika.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Рамзан Кадыров подарил Хабибу Нурмагомедову машину