Hərbçi modelimizi hicabda görənlər gözlərinə inanmayıblar

12 октября 2018 20:53

Day.Az представляет новость на азербайджанском языке

"II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi öz imicini dəyişərək sosial şəbəkələrdəki bütün izləyicilərini şoka salıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bəhruzi hicab geyinərək çəkdirdiyi şəkilləri "Facebook"-da paylaşıb.

Onun hicablı şəkilləri izləyicilərini heyrətləndirib. Sonra məlum olub ki, model öz imicini sadəcə yeni fotolayihədə iştirak etmək üçün dəyişib. Bəhruzi fotolarda müxtəlif məşhur brendlərin gəlinlik paltarlarını geyinib və həmçinin hicablı qızlar üçün geyimləri də reklam edib.

Qeyd edək ki, Bəhruzi beynəlxalq gözəllik müsabiqələrində iştirak etmək niyyətindədir. O, bununla yanaşı xüsusi təyinatlı qoşunda xidmətini davam etdirəcək.

 

Bütün bunlarla yanaşı, Tehranə öz həyatından bəhs edən avtobioqrafik kitab yazır. O, bu kitabda anlatdıqları ilə orduda xidmət etməkdən qorxan bir çox qıza nümunə olmaq istəyir.

Bəhruzi vətənpərvərlik mövzusunda çəkilmiş "Mübarizə" bədii filmində baş rola çəkilib. Filmin premyerası yaxın vaxtlarda olacaq.

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusunun bu il müdafiə naziri Zakir Həsənova həsr etdiyi "İdeal nazir - Zakir Həsənov" kitabı çapdan çıxıb. Kitab bədii elementlərlə birlikdə avtobioqrafik xarakter daşıyır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!