Xanımı ilə foto paylaşıb, üzünü bağlayan məşhurlar

Day.Az представляет новость на азербайджанском языке

Şou-biznesdə kişi məşhurları arasında son vaxtlar yeni dəb yaranıb. Onların əksəriyyəti həyat yoldaşları ilə fotolarını paylaşıblar. Amma üzünü müxtəlif işarələrlə bağlayıblar.

Day.Az axşam.az-a istinadən bildirir ki, onların bu hərəkəti sosial şəbəkələrdə dəfələrlə müzakirə edilib və tənqid olunub. Bu addımın həyat yoldaşına qarşı hörmətsizlik olduğu vurğulanıb.

Əməkdar artist Abbas Bağırov bu gün həyat yoldaşı ilə fotosunu yayımlayıb. Sənətçi şəklin arxadan çəkilən formasını, üzün görsənmədiyini seçib. Abbas yazılacaq tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlasa da, foto digər sosial şəbəkədə səhifələrdə paylaşılıb. 

Müğənni Tunar Rəhmanoğlunun toyunda gəlinlə birlikdə şəkillər dəfələrlə paylaşılıb və müzakirələrə səbəb olub. Tunar daha sonra öz və müğənni bacısı Günel Zeynalovanın da səhifəsindən görüntüləri sildirib. Daha sonra Tunar bal ayında çəkdirdiyi fotonu İnstaqramda paylaşıb və həyat yoldaşının üzünü bağlayıb. 

Bir müddət əvvəl nişanlanan idmançı Ayxan Mamayev də eyni səbəbdən qınanan tanınmışlardan olub. O, nişanından xanımı ilə şəkil paylaşıb. Amma gəlinin üzünü bağlamağa çalışıb.

Musiqiçi Hüseyn Məhəmmədoğlu isə tez-tez həyat yoldaşı ilə şəkil qoyur. Amma bütün fotolarda xanımının üzünü bağlayır. Klarnet ifaçısı bütün tədbirlərə həyat yoldaşı İnci ilə qatılır. Onların birlikdə fotoları da mediada tez-tez işıqlandırılır.

Şou-biznesdə həyat yoldaşını mediadan gizlədən məşhurlar da az deyil. Məsələn, Ayaz Qasımov, Namiq Qaraçuxurlu, Elçin Hüseynov, aparıcı Zaur kamal heç vaxt həyat yoldaşının üzünü göstərməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.