Alimlər: Bəşəriyyətin gələcəyi sual altındadır

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Ratqer Universitetinin alimləri müəyyən ediblər ki, dünya okeanında suyun səviyyəsi təhlükəli həddə çata bilər. İqlimşünasların yeni araşdırmalarına görə, 2100-cü ildə dünya okeanının səviyyəsi 2,5 metrə, 2300-cü ildə isə 15 metrə qədər yüksələcək. 

Day.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Eurek Alert" məlumat yayıb. 

Alimlərin fikrincə, bir neçə yüzillikdən sonra ibəşəriyyətin həyat tərzi dəyişəcək, ancaq insanların mövcudluğu da sual altında olacaq. Mütəxəssislər qeyd ediblər ki, bu faciəyə planetdə temperaturun artması və istixana effektinin güclənməsi səbəb olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.