Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir
Day.Az представляет новость на азербайджанском языке
Bütün dünya üzrə 120 milyondan çox insan aclıq və ərzaq qıtlığından əziyyət çəkir. Afrika ölkələri bu siyahının ilk sıralarında yer alır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun "Welthungerhilfe" və "Concern Worldwide" qeyri-hökumət təşkilatları ilə birgə dərc etdiyi illik "Ümumi aclıq meyarı" barədə məruzədə öz əksini tapıb.
Məruzəyə əsasən, hazırda 124 min insan aclıqdan əziyyət çəkir, halbuki iki il öncə bu göstərici 80 milyon nəfər idi. Çad, Haiti, Madaqaskar, Serra-Leone, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə doğurur. Aclıq çəkən əhali ilə bağlı ən gərgin vəziyyət Mərkəzi Afrika Respublikasında qeydə alınıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре