Piyada nişanı var, amma yerdə zolaq yoxdur - VİDEO

12 октября 2018 22:57

Day.Az представляет новость на азербайджанском языке

İllər əvvəl yola çəkilmiş piyada zolağı silinib, yenisi isə çəkilmir. Bura Gəncənin Şah ismayıl Xətai prospektidir.

Day.Az bildirir ki, piyadalar yolu yenə həmin ərazidən keçdiklərindən bir çox hallarda avtomobillər onlara yol vermir və təhlükəli vəziyyət yaranır.

Ərazidə piyada keçidinin olduğuna dair yol nişanının qoyulması da təhlükəni azaltmır. Bəzi sürücülər nişanın tələbinə əməl etmədikləri üçün həmin yolda hətta xəsarətlə nəticələnən piyadavurma hadisəsi də qeydə alınıb.

Vəziyyətin bu cür olması elə sürücüləri də narahat edir. Piyada zolağı haqda əvvəldən məlumatlı olanlar yolu keçənləri nəzərə alırlar. Digər sürücülər isə daha çox yerdə piyada zolağının olmamasını əsas götürürlər.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsindən isə bildirirlər ki, sözügedən ərazidə piyada keçidinin olduğunu göstərən yol nişanı olduğundan onun tələbi sürücülər tərəfindən mütləq nəzərə alınmalıdır. Piyada zolağının yenidən çəkilməsi isə yolun istismarına cavabdeh qurumlar tərəfindən həyata keçirilməlidir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Piyada nişanı var, amma yerdə zolaq yoxdur

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!