ETSN: Sürüşmə zonasındakı vəziyyətlə bağlı 8 saatdan bir məlumat veriləcək

Day.Az представляет новость на азербайджанском языке

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyəti nəzarətdə saxlayır.

Day.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları hadisə yerindədirlər: "Nazirlik tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə bildirib ki, sürüşmənin dinamikasında aktivlik davam edir: "Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.