İnsan həyatı üçün təhlükə: bir əlində telefon, digər əlində isə sükan - VİDEO

12 октября 2018 23:41

Day.Az представляет новость на азербайджанском языке

Əlində telefon votsapda kiminləsə danışa-danışa avtobus idarə edir. Sərnişinlərin həyatını təhlükəyə atan bu sürücü hər an qəza törədə bilərdi. Day.Az bildirir ki, söhbət paytaxtın Yasamal rayonu "Qismət" şadlıq sarayının qarşısından metronun "Elmlər akademiyası" stansiyası istiqamətinə hərəkət edən 39 saylı marşrut avtobusundan gedir.

Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər.

"Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İnsan həyatı üçün təhlükə: bir əlində telefon, digər əlində isə sükan

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!