Sürücülərə xoş xəbər - Artıq sizi xaricdə heç kim narahat edə bilməyəcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. Day.Az bildirir ki, milli vəsiqəyə malik alan hər bir vətəndaş beynəlxalq sürücülük vəsiqəsi əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər. Yeni sürücülük vəsiqəsi 9 dildə təqdim olunur. Sürücülük vəsiqəsini yeni alanlar da elə həmin gün beynəlxalq sürücülük vəsiqələrini əldə edə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, yeni sürücülk vəsiqəsində olan dəyişikliklər həm Vyana Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Lakin həmin vəsiqə ilə yanaşı, milli sürücülük vəsiqəsi də mütləq təqdim olunmalıdır.

Kamran Əliyev onu da qeyd etdi ki, sürücülərin özü bu vəsiqəni əldə etməyə maraq göstərir. Xüsusilə də xaricə avtomobillə səyahət edənlər, xaricdən avtomobil gətirənlərvə orda avtomobil icarəyə götürənlər yeni vəsiqələr əldə etmək üçün müraciət edirlər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərə xoş xəbər gəldi - Artıq sizi xaricdə heç kim narahat edə bilməyəcək