Sürüşmə zonasında son vəziyyət - Sürüşən torpaq qatı asfaltın üstünə qədər gəlib

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhərinin Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

Day.Az bildirir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.