Yıldız Tilbe Bakıda hava limanında “Ayrılıq” oxudu

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe Azərbaycan gəlib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin paytaxta təşrif buyurmasına səbəb bu gün Bakı Konqres Mərkəzində verəcəyi solo konserti ilə bağlıdır.

Yıldız, əvvəlcə 2 milyona yaxın izləyicisi olan instaqram səhifəsində videosunu paylaşaraq Azərbaycana gəldiyini bildirib:  "Hava limanındayıq. Bizi gözləyin, gəlirik".

Bundan əlavə, Bakıya gələn sənətçi hava limanında Azərbaycanın məşhur "Ayrılıq" mahnısını canlı olaraq ifa edib, daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Hava limanında