Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı: "Bu ölkəni daima sevəcəyəm"

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün İzmir Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün şərti cəza verilməsi barədə qərar qəbul edilib. Həmin qərara görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, o, xanımı Norin Bransonla birlikdə Türkiyə ilə vidalaşıb.

Əvvəl Almaniya, ordan da ABŞ-a gedən keşiş hava limanında İHA-nın müxbirinin suallarını cavablayıb. O, hər şeyə rəğmən Türkiyəni çox bəyəndiyini söyləyib.

"Türkiyəni sevirəm. Həmişə bəyənmişəm və daima da sevəcəyəm".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı: