Bakıda qorxunc qəza: avtobus yük maşını ilə toqquşdu, ölən var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.