Anatomiya müəllimi şagirdi ilə intim münasibətdə oldu, tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Şagirdi ilə əxlaqsızlıq edən qadının məhkəməsi keçirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 28 yaşlı biologiya müəllimi azyaşlı şagirdi ilə cinsi əlaqədə olduğunu etiraf edib.

Texas ştatındakı "Lockhart High School"da anatomiya dərsi keçən 28 yaşlı Sarah Madden Fowlkes cinayətkarların fotolarının arasında vurulmaq üçün şəkil çəkdirərkən gülümsəyib.

Vəkili bundan istifadə edərək müəllimin günahsız olduğunu iddia edib. O, bildirib ki, Sara şəkildə gülməkdə məsum olduğunu biruzə verir.

Məhkəmənin qərarı ilə Sara 4 il müddətinə vəzifəsindən uzaqlaşdırılıb. O, həmçinin cərimə də ödəməlidir.

Qeyd edək ki, Sara evlidir və o, əri ilə birlikdə ad gününü qeyd etdikdən bir gün sonra saxlanılıb.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.