Dağıstanda antiterror əməliyyatı - Bir polis yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Dağıstanın Xasavyurt rayonunda silahlılarla polis arasında atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, hadisə evlərin birində axtarış aparılarkən baş verib.

Hazırda silahlıların olduğu ev mühasirəyə alınıb. Bölgədə antiterror əməliyyatı davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz