"Qəbələ"nin sabiq futbolçusu Premyer Liqa klubuna transfer oldu

Day.Az представляет новость на азербайджанском языке

"Qəbələ"nin ukraynalı sabiq futbolçusu Aleksey Qay Vətəninə qayıdıb.

Milli.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçii Ukrayna Premyer Liqa təmsilçisi "Olimpik"ə keçib.

Donetsk təmsilçisi cari mövsümün sonunadək müqavilə imzaladığı Qayı rəsmən təqdim edib.

Xatırladaq ki, son klubu Rusiyanın I divizion təmsilçisi "Kuban" olan Aleksey bunadək 2,5 il "Qəbələ"də çıxış edib, Premyer Liqamızın bürünc və gümüş medalçısı, Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz