Rusiya KİV: Ermənistan prezidenti Moskvaya qısamüddətli səfər edib

13 октября 2018 18:07

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya qısamüddətli səfər edib.

Milli.Az Report-a istinadən xəbər verir ki, A.Sarkisyan Moskvada bu həftənin əvvəlində olub.

O, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb.

Rusiyanın dövlət strukturlarındakı mənbələrin verdiyi məlumata görə, danışıqların mərkəzində Rusiya-Ermənistan münasibətləri, mümkün parlament seçkiləri ərəfəsində Ermənistandakı vəziyyət və Ermənistanın yeni hökumətinin barəsində cinayət işi açdığı KTMT-nin baş katibi, Ermənistanın nümayəndəsi Yuri Xaçaturov ilə əlaqədar yaranmış vəziyyət dayanıb.

Qeyd olunur ki, A.Sarkisyan Nyu-York və Parisə səfərlərini başa vurduqdan sonra Moskvada olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!