Day.Az представляет новость на азербайджанском языке

Argentinanın "Boka Xuniors" klubunda forma geyinən Karlos Teves maraqlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Argentina mətbuatına danışan Teves, futbolu sevmədiyini deyib:

"Futbolu sevmirəm. Televizorda "Barselona" - "Real" oyunu varsa, başqa kanalda qolf turniri yayımlansa, mən qolfu izləyərəm. Heç zaman futbol azarkeşi olmadım".

34 yaşlı futbolçu çətin uşaqlıq dövrü keçirdiyini bildirib:

"Hər zaman axmaqların olduğu bir məhəllədə yaşayırdım. Futbol oynamağı sevirdim, amma həmişə narkotik, silah və oğruların olduğu bir mühitdə idim".

Bu il yenidən ölkəsinə qayıdan argentinalı hücumçu, "Boka Xuniors"un heyətində keçirdiyi 16 oyunda 4 qolun müəllifi olub.

Teves "Mançester Yunayted", "Mançester Siti", "Yuventus" kimi klublarda forma geyinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

15 000-dək krediti 15 dəqiqəyə əldə et!