Piyada nişanı var, amma yerdə zolaq yoxdur - VİDEO

13 октября 2018 20:30

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə əsas prospektlərdən birində uzun müddət əvvəl yola çəkilmiş piyada zolağı artıq silinib. Ərazidə piyada nişanı olsa da, sürücülər əksər hallarda yolun həmin hissəsində piyadalara yol vermirlər. Bu isə təhlükənin getdikcə artmasına səbəb olur.

İllər əvvəl yola çəkilmiş piyada zolağı silinib, yenisi isə çəkilmir. Bura Gəncənin Şah ismayıl Xətai prospektidir.

Piyadalar yolu yenə həmin ərazidən keçdiklərindən bir çox hallarda avtomobillər onlara yol vermir və təhlükəli vəziyyət yaranır.

Ərazidə piyada keçidinin olduğuna dair yol nişanının qoyulması da təhlükəni azaltmır. Bəzi sürücülər nişanın tələbinə əməl etmədikləri üçün həmin yolda hətta xəsarətlə nəticələnən piyadavurma hadisəsi də qeydə alınıb.

Vəziyyətin bu cür olması elə sürücüləri də narahat edir. Piyada zolağı haqda əvvəldən məlumatlı olanlar yolu keçənləri nəzərə alırlar. Digər sürücülər isə daha çox yerdə piyada zolağının olmamasını əsas götürürlər.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsindən isə bildirirlər ki, sözügedən ərazidə piyada keçidinin olduğunu göstərən yol nişanı olduğundan onun tələbi sürücülər tərəfindən mütləq nəzərə alınmalıdır. Piyada zolağının yenidən çəkilməsi isə yolun istismarına cavabdeh qurumlar tərəfindən həyata keçirilməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Piyada nişanı

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!