Türkiyədən Azərbaycana gətirilən 50 ton kartofda zərərverici aşkar olunub

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədən Azərbaycana idxal olunan kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Şəmkir rayon sakini Röyal İsmayılov Türkiyədən toxumluq kartof məqsdilə ölkəyə 50 ton kartof gətirib. Məhsulda isə zərərverici aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin Şəmkir Regional bölməsinin Qida zəncirinə nəzarət sektorunun əməkdaşları kartoflardan nümunələr götürərək, laborator analizdən keçiriblər. "Kartof gövdə nematodu" aşkar edilən 50 ton məhsulun kimyəvi və bioloji mübarizəsi çətin aparıldığından məhv edilməsi qərara alınıb.

Ölkəyə gətirilən toxumluq kartof Türkiyədə fitosanitar nəzarətdən keçmədiyi və sığortalanmadığı üçün sahibkara maddi ziyan dəyib.

90-dan artıq bitkidə yaşaya bilən və populyasiyasını sürdürən "kartof gövdə nematodu" tempuratur yüksələn zaman təzahür edir. Bu da zərərvericinin Azərbaycan iqlimində yayılma riskini yüksəldir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədən Azərbaycana gətirilən 50 ton kartofda zərərverici aşkar olunub