Azərbaycanın iqtisadiyyatı inkişaf edir - son 15 ildə ticarət dövriyəsi 4,7, ixrac isə 6 dəfə artıb

Day.Az представляет новость на азербайджанском языке

Son 15 ildə Azərbaycanın iqtisadiyyatı böyük inkişaf yolu keçib. Ölkəmizin təkcə ixrac həcmi və ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər artımın hansı səviyyədə olduğunun göstəricisidir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə ölkəmizin ticarət dövriyəsi 4,7 dəfə, ixrac isə 6 dəfə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəsinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseynin sözlərinə görə, son 15 il ərzində atılan düzgün və düşünülmüş iqtisadi addımlar nailiyyətlərin əldə edilməsinə şərait yaradıb.

Bu illər ərzində ölkəmiz neftdən asılılığı minimuma endirmək üçün uğurlu addımlar atılıb və bu öz bəhrəsini verib.

Bu illər ərzində icrasına başlanılan və tamamlanan meqalayihələr isə ölkəmizə növbəti illərdə də böyük həcmdə investisiya və gəlir gətirəcək. Bu layihələrin qazandırdığı divident təkcə maddi gəlirlər deyil, həm də ölkənin tərəfdaşlarının sayının artmasıdır.

Bundan başqa, ölkəmizdə icra edilən Cənub Qaz Dəhlizi kimi böyük layihələr, o cümlədən ölkəmizin kosmik dövlətə çevrilməsi də iqtisadi gücün artımında böyük rol oynayacaq. Turizm, kənd təsərüfatı və bu kimi səhələrin inkişafı da daim diqqətdə saxlanılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın iqtisadiyyatı inkişaf edir